“Fanat” atanın videosu milyonları hiddətləndirdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

“Fanat” atanın videosu milyonları hiddətləndirdi – VİDEO

17:10 - 09 / 11 / 2018
“Fanat” atanın videosu milyonları hiddətləndirdi – VİDEO

Kiçik oğlu qapıda durmuş ata övladının qolkiperliyindən narazı idi. Rəqib komandadakı uşaqlar hücuma keçəndə o, balaca oğlunun ləng tərpəndiyini görür və uşağı itələyib yıxır.

1news.az-ın məlumatına görə, Milli.az European-a istinadən bildirir ki, top balaca qapıya dəyib qayıdır, amma rəqib oyunçu cəld tərpənərək topu təkrarən qapıya yönəldir.

Olay Uelsdə, 8 yaşına çatmamış uşaqlardan ibarət "Bow Street Magpies FC" və "Ysgol Llanilar FC" komandaları arasındakı oyunda çəkilib.

Kris Uilkins videonu Twitter-dəki akkauntunda paylaşandan sonra görüntülərə milyonlarla insan baxıb. Və baxanların tam əksəriyyəti "fanat" atanın yaramaz, hətta qəddar hərəkətini sərt tənqid edib.

Çoxsaylı şikayətləri qulaqardına vura bilməyən polis araşdırmaya başlayıb.

1news.az

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər