Serj Sarkisyan seçkilərdə iştirak etməyəcək | 1news.az | Xəbərlər
Dünya

Serj Sarkisyan seçkilərdə iştirak etməyəcək

10:17 - 12 / 11 / 2018
Serj Sarkisyan seçkilərdə iştirak etməyəcək

Ermənistanın Respublika Partiyasının seçki siyahısına keçmiş müdafiə naziri, partiya sədrinin birinci müavini Viqen Sarkisyan rəhbərlik edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Viqen Sarkisyan özü jurnalistlərə deyib.

Onun sözlərinə görə, partiyanın rəhbəri, keçmiş prezident Serj Sarkisyan özü seçkidə iştirak etməyəcək.

Partiyanın siyahısında, həmçinin sabiq baş nazir Karen Karapetyan da olmayacaq.

P.Sultanova

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər