Moskvada ermənilərlə azərbaycanlılar arasında dava - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Moskvada ermənilərlə azərbaycanlılar arasında dava - VİDEO

1news Redaksiyası11:59 - 12 / 11 / 2018
Moskvada ermənilərlə azərbaycanlılar arasında dava - VİDEO

Rusiyanın paytaxtı Moskvada keçirilən MMA döyüşü zamanı qarşıdurma yaranıb.

1news.az Yenicag.az-a istinadla xəbər verir ki, buna ermənilərin təxribata əl atması səbəb olub.

Belə ki, həmyerlimiz Tural Rəhimovun döyüşü zamanı qarşılaşmanı izləyən ermənilər qondarma “Dağlıq Qarabağ Respublikasının" “bayrağı”nı açmaq istəyiblər. Bu zaman məsələyə müdaxilə edən azərbaycanlılar “bayrağı” ermənilərin əlindən alaraq cırıb.

Daha sonra məsələyə müdaxilə edən Rusiyanın Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri həmyerlilərimizə hücum edib. Döyülənlərin və saxlanılanların olduğu bildirilir.

1news.az

Paylaş:
1047

Son xəbərlər

Bütün xəbərlər