Qumarda uduzan oğlan anasını öldürdü – TƏFƏRRÜAT
Türkiyənin Dənizli şəhərində qandonduran hadisə baş verib.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, 3 uşaq anası olan qadın odlu silahla başından vurularaq öldürülüb.
35 yaşlı qadının böyük oğlu polisə verdiyi ifadədə anasının intihar etdiyini iddia edib.
Oğlan əvvəlcə verdiyi ifadədə hadisə əsnasında evlərindən 3 nəfərin çıxıb qaçdığını deyib. Onun 2 yaşlı qardaşı isə anasının yanında olub. Atası da oğlunun bu ifadəsini təsdiq edib. Lakin oğlanın atası ilə başqa ifadələr verməsi polisi şübhələndirib. Onlardan ikinci dəfə ifadə alınıb. Bu zaman oğlan anasını özünün öldürdüyünü etiraf edib. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi evlərinin yaxınlığındakı kolluqdan tapılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, cinayətkar şəxs bir ay öncə evlərində 20 000 tl dəyərində zinət əşyası oğurlayıb və onun pulunu qumarda xərcləyib. Anası bu durumu öyrənib və oğlu ilə aralarında mübahisə yaranıb. Oğlan əsəbiləşib və buna görə də anasını qətlə yetirmək qərarına gəlib
Faktla bağlı cinayət işi davam etdirilir.
1news.az