Yerevan Lukaşenkonu “yanlışlıqda” ittiham edib
Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) yeni mətbuat katibi bütün diplomatik-etik qaydaları pozaraq, Belarus prezidenti Aleksandr Lukaşenkonu “qeyri-düzgünlükdə” günahlandırıb.
“KTMT-nin daxili məsələlərinin Bakıda müzakirəsi qeyri-düzgündür”, – bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan Belarus prezidentinin Azərbaycan səfiri ilə görüşünü müzakirə edərkən deyib:
“Ermənistan KTMT-ya altı ölkənin kollektiv təhlükəsizlik məsələlərini müzakirə edən məkan kimi baxır. Təşkilatın daxilində problemlər var, bunları həll etmək lazımdır. Bu vəziyyətə gəlincə isə, qeyd etmək istərdim ki, bu, uyğunsuzdur”.
“Ermənistan XİN-in mətbuat xidmətinin rəhbərinin fikirləri çox güman ki, Belarusun Xarici İşlər Nazirliyi tərəfindən baxılacaq. Və bunun ardınca Minskın rəsmi reaksiyası da olacaq”, - bunu 1news.az-a Belarusun Azərbaycandakı Səfirliyindən bildiriblər.
Həmçinin diplomatik missiyadan bildirilib ki, Yerevanda Belarus Səfirliyi fəaliyyət göstərir və mütləq olaraq Ermənistan XİN nümayəndəsinin bəyanatı ilə bağlı tədbir görəcək.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla Astanada KTMT-nın sammiti zamanı görüşüb.
Lukaşenko “ölkənin bu cür keçid dövründə olduğu bir dövrdə” Yerevanın bunun öhdəsindən gəlməsinə şübhə ilə yanaşdığını bildirib.
Xatırladaq ki, KTMT-nin baş katibi Yuriy Xaçaturov vəzifəsindən azad edilib. Ermənistanın eks-prezidenti Robert Koçaryan, Y.Xaçaturov və Ermənistanın eks müdafiə naziri Mikael Arutunyan iyulun sonunda 2008-ci il 1 mart hadisələri zamanı konstitusiya çevrili ilə bağlı ittihamlar irəli sürülüb.
Lukaşenko: Minsk KTMT baş katibi vəzifəsinə üç namizəd təqdim etməyə hazırdır
S.Xankişiyeva