Bu adada cəmi 300 nəfər yaşayır – FOTO | 1news.az | Xəbərlər
Dünya

Bu adada cəmi 300 nəfər yaşayır – FOTO

10:00 - 13 / 11 / 2018
Bu adada cəmi 300 nəfər yaşayır – FOTO

Dünyada elə yer var ki, nə müharibələr, nə də iqtisadi böhranlar təsir eləmir.

Söhbət Tristan-da-Kunya adasından gedir. 300 nəfərin yaşadığı bu adaya getmək isə çox çətindir.

Portuqaliyalı səyyah Taristo da Kunya tərəfindən 1506-cı ildə Ümid burnundan keçən zaman kəşf edilən adadır. Adaya ən yaxın yaşayış məntəqəsi 2800 km uzaqlıqda yerləşir. Tristan-da-Kunya arxipelaqı Atlantik okeanının cənubunda yerləşir.

Ada yüz illər boyu italyan, ingilis və amerikan səyyahların evi olub.

Adaya sadəcə Kalshot limanı ilə getmək olar. Hava limanı yoxdur. İldə bir dəfə “RMS St.Helena” adlı yük gəmisi adaya konserva, qida, videolar, kitab, jurnal və tibbi ləvazimatlar, bəzən isə turist gətirir.

Adaya getmək üçün İngiltərə vizası almaq lazımdır. Adanın yeganə mənfi cəhəti sakinlərin yarıdan çoxunun astma xəstəsi olmasıdır. Adada otel və pansionat olmadığı üçün turist kimi ya çadırda qalmaq lazımdır, ya da tanış adam olmalıdır.

Tristan-da-Kunya adasında 13 dəniz və 2 meşə quşu yaşayır.

1810-cu ildə adaya ilk olaraq amerikalı Conatan Lambert köçüb və sadəcə 2 il yaşaya bilib. 1812-ci ildə isə boğularaq ölüb.

Adada 1 məktəb, bir xəstəxana, 1 poçt, 1 muzey, 1 şirniyyat evi, 1 bar və hovuz, kiçik market, 2 kilsə və həftədə 4 gün yayım edən radio stansiyası var.

1816-cı ildən sonra adaya ingilislər köçməyə başladı və 1856-cı ildə artıq adanın 71 nəfər sakini var idi. Amma növbəti il aclığa görə adadan qaçanlar oldu və əhali sayı 28-ə qədər azaldı.

1961-ci ildə vulkan püskürdü və yenə adada əhali sayı azaldı. 2015-ci ilin məlumatlarına görə, adada 300 nəfər adam yaşayır.

Adanın sadəcə şimali-qərbində yaşayış məntəqəsi var.

Mənbə: ölkə.az

S.Xankişiyeva

 

Paylaş:
516

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər