Canlı efirdə qızını döydü: “Ərimi əlimdən almaq istəyir” – VİDEO
Rusiyanın birinci kanalında yayımlanan "Прямой эфир" proqramında qalmaqal yaranıb.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Andrey Malaxovun aparıcılıq etdiyi verilişin qonağı 37 yaşlı qalmaqallı şoumen Qoqen Solnçey olub.
Məlum olub ki, Qoqen 63 yaşlı xanımı Yekaterina Tereşkoviçi plastik əməliyyat etdirməyə məcbur edib. Lakin şoumen xanımının dəyişimindən sonra onu evə buraxmayıb. Bundan sonra hər iki tərəf arasında böyük qalmaqal yaranıb.
Bundan əlavə, Y.Tereşkoviç qızının ögey atası olan Qoqenlə eşq yaşamağından şübhələnib və canlı efirdə ona hücum edib. Təqaüdçü qadın öz qızının burnunu zədələyib və gənc qıza tibbi yardım göstərilib.
1news.az
639