Prezidenti çiyninə alıb gəzdirdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Prezidenti çiyninə alıb gəzdirdi – VİDEO

15:38 - 14 / 11 / 2018
Prezidenti çiyninə alıb gəzdirdi – VİDEO

Suriya prezidenti Bəşər Əsəd Suveydə əyalətində Suriya ordusunun əməliyyatının gedişatında azad edilən sakinlərlə görüşüb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, əyalət 3 aydan çoxdur İŞİD terror təşkilatının nəzarətində idi.

“Bu, azad edilmiş girovların son qrupudur, ancaq heç kim Suriyanın başqa rayonlarında oğurlanmış və itkin düşmüş insanları unutmayacaq. Dövlət və onun bütün institutları bu insanların problemlərini prioritet görür və onları bütün mümkün üsullarla azad etmək niyyətindədir”, - Əsəd deyib.

Sakinlər prezidentə təşəkkür ediblər və minnətdarlıq əlaməti olaraq çiyinlərinin üzərinə qaldırıblar.

1news.az

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər