Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

17:02 - 14 / 11 / 2018
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında imzalanan plana əsasən noyabrın 14-də hər iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, nazirliyin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev hərbi-mülki əməkdaşlıq sahəsində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.

Mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində mövcud olan qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

1news.az

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər