Ermənistanda polkovnikin avtomobili atəşə tutulub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda polkovnikin avtomobili atəşə tutulub

12:41 - 14 / 11 / 2018
Ermənistanda polkovnikin avtomobili atəşə tutulub

Yerevanda naməlum şəxslər tərəfindən Ermənistanın Müdafiə Nazirliyinin polkovniki Karen Darbinyanın avtomobili atəşə tutulub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə barədə Ermənistan Müdafiə Nazirliyinin departamentlərindən birinin 53 yaşlı rəhbəri polis idarəsinə zəng edərək məlumat verib. 

Darbinyan bildirib ki, saat 03:10 radələrində naməlum şəxs və ya şəxslər evinin həyətində onun "Nissan Pathfinder" markalı avtomobili istiqamətində atəş açıblar. Avtomobilə ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

P.Sultanova

Paylaş:
632

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər