Paşinyan hökuməti partiyalara maddi yardım təklifini rədd etdi | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan hökuməti partiyalara maddi yardım təklifini rədd etdi

16:09 - 15 / 11 / 2018
Paşinyan hökuməti partiyalara maddi yardım təklifini rədd etdi

Ermənistan hökuməti noyabrın 15-də keçirilən iclasında “Çıxış” blokunun deputatı Qevork Qorqisyanın dövləti tərəfindən siyasi partiyalara göstərilən maddi yardımın artırılması təklifini rədd edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın ədliyyə naziri vəzifəsini icra edən Artak Zeynalyan deyib ki, deputat tərəfindən təqdim edilən layihədə partiyaların maliyyələşməsinə vəsaitin artırılması nəzərdə tutulur:

“Lakin büdcə üçün belə bir yük  məqbul deyil. Buna görə də biz bu qanunverici təşəbbüslə bağlı mənfi rəyə gəlmişik”.

P.Sultanova

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər