Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu | 1news.az | Xəbərlər
Dünya

Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu

17:00 - 15 / 11 / 2018
Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu

Səudiyyə Ərəbistanında Camal Haşoqqi cinayət işini aparan prokuror Saud al-Mojeb qətldə ittiham edilərək saxlanılan 11 şübhəlidən beşinin edamını istəyib.

Prokuror C.Haşoqqinin ölümündə boğuşma, öldürücü dozada dərman verilməsi faktlarının olduğunu, daha sonra cəsədin parçalara ayrılaraq Konsulluqdan çıxarıldığını vurğulayıb.

O bildirib ki, Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalist öldürülüb.

Xatırladaq ki, “The Vashington Post” qəzetinin əməkdaşı Camal Haşoqqi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

Səudiyyəli jurnalistin ölümü ilə bağlı dəhşətli detal: qatillərdən biri ortadan götürüldü – VİDEO

Səudiyyəli jurnalist musiqi sədaları altında barmaqları qoparılıb və başı kəsilib

Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

S.Xankişiyeva

 

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər