Erməni nazir Əfqanıstana səfər edib | 1news.az | Xəbərlər
Dünya

Erməni nazir Əfqanıstana səfər edib

09:45 - 20 / 11 / 2018
Erməni nazir Əfqanıstana səfər edib

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan Əfqanıstana gedib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Tonoyanun mətbuat katibi Artsrun Hovhannisyan bildirib.

O, Əfqanıstanın müdafiə naziri Şah Bəhrami ilə görüşüb. Tərəflər regional prosesləri, ölkədəki hərbi-siyasi vəziyyət, Əfqanıstanda erməni sülhməramlıları missiyasını və digər məsələləri müzakirə ediblər.

D.Tonoyan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi kontekstində, Əfqanıstan tələbələrin Ermənistanda təhsil alması imkanını müzakirə etməyi təklif edib.

P.Sultanova

 

Paylaş:
679

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər