Yerevan merinə qarşı üsyan yetişməkdədir
Yerevan Ağsaqqallar Şurasının inqilabçı üzvləri arasında yeni seçilmiş mer Hayk Marutyana qarşı üsyan yetişməkdədir.
1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.
Məlumata görə, merdən ümumi təhsil şöbəsinin müdiri Anna Stepanyanı vəzifədən azad etmək tələb olunur.
Daha əvvəl Ermənistan Respublika Partiyasının üzvü olmuş A.Stepanyan Nikol Paşinyanın mühafizəsinin rəhbərinin qardaşı arvadıdır.
Nəşr yazır ki, Marutyan tərəddüd edir, Stepanyan isə vəzifəsində qalacağına əmindir.
Qeyd edək ki, bu vəzifəyə seçilənə qədər komediya aktyoru olan Marutyan Paşinyanın yaxın dostudur.
P.Sultanova
495