Dumanın bütün fraksiyaları Ermənistandakı seçkilərə müşahidəçi göndərəcək | 1news.az | Xəbərlər
Ermənistan

Dumanın bütün fraksiyaları Ermənistandakı seçkilərə müşahidəçi göndərəcək

11:02 - 20 / 11 / 2018
 Dumanın bütün fraksiyaları Ermənistandakı seçkilərə müşahidəçi göndərəcək

Rusiya Dövlət Dumasının dörd fraksiyasından olan deputatlar  dekabrın əvvəlində keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Ermənistana gələcəklər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.

"Dövlət Dumasının nümayəndə heyətinin tərkibində bütün fraksiyalar olacaq", - Kalaşnikov bildirib.

Məlumata görə, Kalaşnikovun dumanın heyətinə rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri dekabrın 9-na təyin olunub.

P.Sultanova

Paylaş:
569

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər