Gürcüstan 600 min nəfərin bank borcunu silir | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan 600 min nəfərin bank borcunu silir

13:32 - 19 / 11 / 2018
Gürcüstan 600 min nəfərin bank borcunu silir

Gürcüstan hökuməti ilin sonuna kimi 600 min nəfərin banka olan borcunu siləcək.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi fövqəladə brifinqdə məlumat verib: 

""Qara siyahı”da qeydiyyata düşən təxminən 95 faiz borcun əsas məbləği 2 min larini keçmir. Söhbət 600 min vətəndaşın banklara, onlayn təşkilat və ya digər maliyyə institutlarına olan maliyyə öhdəliklərindən gedir. Həmin borcun ümumi çəkisi, təxminən 1,5 milyard lari ( 942 900 000 manat) təşkil edir. Bugünkü qərara əsasən, 1,5 milyardlıq həmin borc həmvətənlərimiz üçün silinəcək”.

Baş nazirin sözlərinə görə, borcların silinməsinə dekabrın 15-dən başlanılacaq və proses ayın sonuna kimi davam edəcək: "Əhalimiz yeni ili borcsuz qarşılayacaq".

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər