Paşinyan əsgər yeməklərindən dəhşətə gəldi
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan əsgərlərin rasionundan narazıdır.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Paşinyan mətbuat konfransında deyib.
Paşinyan bildirib ki, şəxsən bir neçə dəfə cəbhə xəttində əsgər yeməklərini dadına baxıb və onlar çox “dəhşətlidir”.
"Biz bu problemlə məşğul olmuşuq, oluruq və olacağıq. Amma həcmləri də təqdim etməliyik", - Paşinyan deyib.
Onun sözlərinə görə, valideynlər üçün ən ağır təcrübələrdən biri ordudan olan oğlundan siqnallar almaqdır: mənə bunu göndərin, mənə onu göndərin:
"Xidmətə bağlı ən böyük şoklardan biri bizim telefonla aldığığlarımız idi: mənə onun göndərin, mənə bunu göndərin. Bu, çox pis bir siqnal idi".
Paşinyan deyib ki, hərbi xidmətdən vaxtından əvvəl azad edilib:
"Bu barədə mətbuatda yazdım və bunu ətraflı izah etdik. Bu, 1991-ci ildə qəbul edilmiş hərbi öhdəliklər barədə qanunda nəzərdə tutulub. Əgər iki böyük qardaş orduda xidmət edirsə, üçüncü xidmətdən azad edilir”.
P.Sultanova