Paşinyan vaxtından əvvəl seçki təşviqatına başlamaqda ittiham olunur | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan vaxtından əvvəl seçki təşviqatına başlamaqda ittiham olunur

17:17 - 21 / 11 / 2018
Paşinyan vaxtından əvvəl seçki təşviqatına başlamaqda ittiham olunur

Ermənistan parlamentinin  "Daşnaksütyun" fraksiyasının rəhbəri Armen Rustamyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qeqarkunik əyalətinə səfəri zamanı seçki kampaniyası başlamadan əvvəl təşviqatla məşğul olduğunu deyib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Rustamyan həmin səfər zamanı  seçki təşviqatını əks etdirən bəyanatların olduğunu deyib:

“Xüsusilə də, “bizə səs verin ki, parlamentin formalaşdırılması sona çatdıraq" kimi fikirlər səsləndirlib.

Bu, nə deməkdir - Nikol Paşinyanın partiyasının lehinə səs verməlidir? Və təşviqat başqa necə olur?".

Rustamyan deyib ki, bütün bunlara Mərkəzi Seçki Komissiyası cavab verməlidir.

P.Sultanova

Paylaş:
494

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər