Sarkisyan KTMT baş katibi məsələsində müdaxilə etməli olduğuna dair fikirləri şərh edib | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan KTMT baş katibi məsələsində müdaxilə etməli olduğuna dair fikirləri şərh edib

10:45 - 22 / 11 / 2018
Sarkisyan KTMT baş katibi məsələsində müdaxilə etməli olduğuna dair fikirləri şərh edib

"Ermənistan prezidenti Konstitusiya tərəfindən ona verilmiş səlahiyyət və funksiyalar çərçivəsində öz fəaliyyətini həyata keçirir. Bu sənədə görə xarici siyasət kursunun aparılması baş nazirin üzərinə düşür”.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın prezident aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən prezident Armen Sarkisyanın KTMT-nin baş katibi məsələsi ətrafındakı vəziyyətə müdaxilə etməli olması barədə səsləndirilən fikirlər şərh edilərkən bildirilib.

Açıqlamada deyilir ki, bununla belə, prezident Sarkisyan xarici siyasət məsələlərini həll etmək üçün öz təcrübəsindən və şəxsi əlaqələrindən istifadə edir. Və bu, prezidentlə baş nazir arasında aparılmış  müzakirələrdən sonra baş verir.

Qeyd edək ki, oktyabrın 30-da Ermənistan nümayəndəsi Yuri Xaçaturovun vaxtından əvvəl geri çağırılmasından sonra KTMT baş katibi vəzifəsi boş qalır. Noyabrın 8-də Astanada keçirilmiş KTMT üzvü olan ölkələrin rəhbərlərinin sammitində yeni baş katibin namizədliyi müəyyən edilməyib.

Bu məsələyə dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək təşkilatın sammitində yenidən baxılması razılaşdırılıb. Hazırda KTMT baş katibi vəzifəsini rusiyalı nümayəndə Valeri Semerikov icra edir.

P.Sultanova

Paylaş:
452

Son xəbərlər

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37
Bütün xəbərlər