Tonoyan Əfqanıstanda erməni sülhməramlılarla görüşüb | 1news.az | Xəbərlər
Ermənistan

Tonoyan Əfqanıstanda erməni sülhməramlılarla görüşüb

11:02 - 22 / 11 / 2018
Tonoyan Əfqanıstanda erməni sülhməramlılarla görüşüb

Əfqanıstanda səfərdə olan Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən Davud Tonoyan i erməni sülhməramlılarının Almaniya komandanlığı altında xidmət etdiyi Məzari- Şərifə səfər edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Tonoyan Kemp Marmal hərbi bazasının komandanı ilə görüş keçirib. Ona komandirliyin baş qərargahında general Herhard Klaufus həyata keçirilən xidmətin xüsusiyyətləri, problemlər, regional vəziyyət barədə məlumat verib.

Görüşdə hərbi-siyasi məsələlərin geniş spektri  müzakirə olunub.

Tonoyan erməni sülhməramlılarının xidmət ərazilərini ziyarət edərək, şəraitlə tanış olub.

P.Sultanova

 

 

 

Paylaş:
551

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər