Türkiyə prezidentinin mətbuat katibi: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir | 1news.az | Xəbərlər
Dünya

Türkiyə prezidentinin mətbuat katibi: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir

12:32 - 23 / 11 / 2018
Türkiyə prezidentinin mətbuat katibi: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.

İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır.

Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".

1news.az

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər