Azərbaycan Ermənistanın yubiley medalını almaqdan imtina edib | 1news.az | Xəbərlər
Ermənistan

Azərbaycan Ermənistanın yubiley medalını almaqdan imtina edib

11:47 - 27 / 11 / 2018
Azərbaycan Ermənistanın yubiley medalını almaqdan imtina edib

Eyni anda dörd ölkə bu gün Ermənistan paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib.

1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib.

Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.

Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib.

Qeyd edək ki, QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir.

S.Xankişiyeva

 

 

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər