Erməni ombudsman seçki kampaniyasında pozuntulardan danışıb
Ermənistanın Ombudsman ofisi yanında yaradılmış işçi qrupu seçki kampaniyasının ilk günlərində bir sıra pozuntular qeydə alıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat verən ombudsman Arman Tatoyan işçi qrupun fasiləsiz monitorinq apardığını vurğulayıb.
“Təəssüf ki, başqalarının fikirlərinə qarşı təhqir və dözümsüzlüyün artdığını söyləmək mümkündür. Ümumiyyətlə, bu, söz azadlığının manupulyasiyasıdır”, erməni ombudsman deyib.
Əlavə edib ki, söhbət əsasən, rəqiblərin təhqiri, başqalarının fikirlərinə dözümsüz yanaşma və s. gedir:
“Ümumiyyətlə, kampaniyanın gedişində pozuntular qeydə alınıb, onlar haqqında sonra məlumat veriləcək”.
P.Sultanova
496