Zurabişvili Gürcüstanın ilk qadın prezidenti olacaq
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim “Gürcü arzusu” Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili öndədir.
1news.az xəbər verir ki, Mərkəzi Seçki Komitəsinin açıqlamasında deyilir ki, S.Zurabişvili səslərin 99,7 faizinin hesablanmasından sonra 59,56 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,44 faiz səs toplayıb.
Məlumata əsasən, S.Zurabişviliyə 1 146 063 nəfər, Q.Vaşadzeyə isə 778 162 nəfər səs verib.
S.Zurabişvili jurnalistlərə açıqlamasında deyib ki, öz qələbəsini vətəndaş cəmiyyətinin qələbəsi kimi dəyərləndirir.
1news.az
545