İlon Mask Marsa köçməyə hazırlaşır
İlon Mask yaxın vaxtlarda Mars planetinə yeni raket göndərməyə hazırlaşır.
İş adamı Marsa köçüb orada yaşayacağını bildirib. Mask daha əvvəl də Marsda ölmək istədiyini bildirib.
“SpaceX” şirkətinin qurucusu olan Mask “Axios” serialının qonağı olub. Verilişdə İlon qeyd edib ki, çox yaxın vaxtlarda Marsa səyahət etmək mümkün olacaq. Hər dəfə Marsa gedəcəyini bildirən İlon bu iddiasını yenidən gündəmə gətirib. Bundan başqa iş adamı “Marsa getmək varlılar üçün qaçış planıdır” iddialarının da əleyhinə çıxıb. Mask bildirib ki, Marsa gedəcək insanlar orada bazanın qurulması üçün işləyəcəklər və çətin təbiət şərtlərinə qarşı mübarizə aparacaqlar.
Maskın planlarında son texnologiyalar sayəsində Marsda yaşamaq və qida kimi ehtiyaclarını qarşılamağın mümkün olmasını təmin edən texnikanın istehsalı var.
Mənbə: ölkə.az
S.Xankişiyeva