Ermənistanda hərbçilərdən məcburi pul toplanır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda hərbçilərdən məcburi pul toplanır

10:44 - 29 / 11 / 2018
Ermənistanda hərbçilərdən məcburi pul toplanır

Bir neçə gün əvvəl Los-Ancelesdə "Hayastan" ümumerməni fondu tərəfindən illik telemarafon keçirilib. Bu dəfə "Gəlin bunu birlikdə edək" şüarı altında baş tutan telemarafonda 11 milyon 109 min 633 dollar toplanıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, əsgərlər və zabitlər məcburi şəkildə bu fonda pul köçürmək tələb edilir.

Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrdən birində hərbçilərə qarşı belə bir tələb irəli sürüldüyü barədə erməni mətbuatında məlumatlar dərc edilib.

Daha detallı olaraq: zabitlər hər biri 5 min dram, serjantlar 3 min, müqaviləli hərbçilər hər biri 1000 dram pul verməlidir.

Bu "təlimatlara" əməl etməyən hərbi qulluqçular isə hərbi hissədə süni problemlərlə üzləşirlər.

Bundan əlavə, hərbçilərin sözlərinə görə, Müdafiə Nazirliyi hər il marafon zamanı hər il müəyyən məbləğdə vəsait cəlb edir, sonradan bu vəsait hərbi qulluqçulardan toplanır ki, onlar da bundan narazı qalırlar. Yeri gəlmişkən, əsgərlər deyirlər ki, problem pulda deyil, amma onlardan nəyə pul toplanmalıdır.

Bu mənfi hallar yalnız işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilən hərbi hissələrdə baş verir.

"Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan həqiqətən orduda nə baş verdiyini bilirmi? Qeyri-sağlam bir atmosfer yaranması barədə məlumatı var, və ya sual yaranır - yeni reallıqlar şəraitində inqilabdan sonra bu tərzdə hərəkətləri davam etdirməyə necə cəsarətləri çatır?”.

P.Sultanova

 

 

 

 

Paylaş:
529

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər