“Qarabağ”ın sonu: cənab Qurbanov, bəs sonra? | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın sonu: cənab Qurbanov, bəs sonra?

16:34 - 30 / 11 / 2018
“Qarabağ”ın sonu: cənab Qurbanov, bəs sonra?

“Qarabağ” Avropa Kuboku mövsümünü tamamilə uğursuzluqla başa vurdu.

Beş il öncə Avropa Liqasının qrup mərhələsinə düşmək Azərbaycan klubu üçün müvəffəqiyyət hesab olunurdu. Lakin bu beş il ərzində “Qarabağ” dörd dəfə orada oynayıb, ötən il isə Çempionlar Liqasında sadəcə çıxış edib. Özü də burada ləyaqətlə çıxış edib. Hətta səfər oyunu zamanı “Çelsi”dən 0:6 hesabı ilə məğlubiyyət heç bir acı vermədi. O zaman “Qarabağ”ın sadəcə təcrübəsi yox idi.

Dünən “Soprtinq”lə oyun zamanı (1:6) ciddi məğlubiyyətdən sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov “bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi” söyləyib.

Onun sözlərini olduğu kimi diqqətizə çatdıraq:

“Sportinq” hərtərəfli bizdən üstün idilər. Hər hansı bir mövqedə yaxşı oynadığımızı desəm, düzgün olmaz. Onların oyun fəlsəfəsi, futbolçu seçimi yuxarı səviyyədədir. Hamı bu gün onların gücünü, sürətini gördü. Özümüzü aldatmayaq, bütün komponentlərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib. Rəqib belə oynadıqda isə özünü narahat hiss edirsən, səhvlər edirsən. Belə komandalar isə səhvləri bağışlamır. Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq”.

Ola bilsin ki, milli komandanın və “Qarabağ”ın baş məşqçsi haqlıdır. Sıfırdan başlamaq lazımdır  Əgər bir ay öncə “Qarabağ”ın çətin dövr yaşadığını düşünürdüksə, indi isə komandada ciddi böhran yaşandığının şahidi oluruq. Düşünmək olar ki, səviyyəmiz budur və bununla da barışmaq olar. Lakin Berti Foqtsu buna görə qınamırdıqmı? Öz yaşlılığını təmin edərək Foqts vətəninə qayıtdı və onu Robert Prosineçki əvəzlədi.

Xorvatın əsas üstünlüyü xarakterində və futbol karyerasındadır. Dünya çempionatının bürünc medalçısı, “Real” və “Barselona”nın eks yarımmüfadiəçisi rəqibinddən asılı olmayaraq kiçik məğluniyyəti düşünməyə bilməz. Bu əminliyi Prosineçki oyunçulara təlqin edərək yığmanın bir qədər yaxşı oynamasına nail olmuşdu.

Qurban Qurbanov da aza qane olan məşqçi deyil. Belə olmasaydı “Qarabağ” nə Çempionlar Liqasına, nə də Avropa Liqasına qədər yüksəlməzdi. Buna görə də Qurbanovdan əvvəlcə Kosovo ilə (0:4), indi isə “Sportinq”lə oyundan sonra bu cür fikirləri eşitmək bir qədər qəribə gəlir.

“Qarabağ”dakı böhranın kökündə iki faktor dayanır. Birincisi yay transfer kampaniyasının uğrsuzluğudur. Komanda vacib oyunçulardan sonra yenidən qurmaya ehtiyacı vardı. Lakin onların yerinə gələnlər isə yüksək səviyyədə oyuna hazır olanlar deyildi.

“Qarabağ”ı yanvarda və ya yayda uğurlu transfer xilas edə bilər. Lakin Azərbaycan futbolunu heç nə xilas edə bilməz.

İkinci faktor isə Qurban Qurbanovun özünün həddindən artıq yüklənməsidir. Mətbuat konfransı zamanı “Qarabağ”ın məşqçisi sualları cavablandırarkən qeyd edib ki, futbolçulardan fərqli olaraq məşqçilər mövsümün sonunda rahatlaşa bilir.

Milli yığmanın və “Qarabağ”ın məğlubiyyəti bir daha göstərir ki, iki cəbhədə işləmək əl vermir. Qurbanov mövsümünün sonun qədər harda çalışacağını təyin etməlidir. AFFA-nın İcraiyyə Komitəsi dekabrda keçiriləcək iclas zamanı bu məsələni qaldıraraq müzakirə edəcək.

İki cəbhədə çalışmaq alnımır. Bunu Rəşad Sadıxov barəsində də söyləmək olar. Rəşadın Azərbaycanın gənclər yığması ilə çalışması xoşuma gəlir. Əgər gənclər yığmasının liderləri əsas yığmaya keçməzsə, mükəmməl komandanın şahidi olacağıq.

Rəşadı yaşı ələ verib. Bu təbiidir, bunu inkar da etmək olar. Qurban Qurbanov Avropa Liqasında gənc və sürətli müdafiəçi – Bədəvi Hüseynovu nədənsə ehtiyat kürsüsündə əyləşdirib. Yeri gəlmişkən, deyilənlərə görə Yakub Jejniçak da birmənalı transfer deyil. Və Rəşad Sadıxov da təcrübəli futbolçulardır. Lakin “Sportinq”in sürətli oyunularına qarşı oynamağa hazır deyildilər. və nəticə 1:6.

Qaranlığa qərq olmuş Azərbaycan futbolunda son ümid çırağı da söndü. Bəs sonra?

Qurban Qurbanov getməlidir (haradan, buna özü qərar verməlidir)  Və nə üçün ...

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
891

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər