Qurban Qurbanov getməlidir (haradan, buna özü qərar verməlidir)  Və nə üçün ... | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov getməlidir (haradan, buna özü qərar verməlidir)  Və nə üçün ...

16:30 - 21 / 11 / 2018
Qurban Qurbanov getməlidir (haradan, buna özü qərar verməlidir)  Və nə üçün ...

Millətlər Liqasında yığmamızın məğlubiyyətinin təsadüf olmadığını anlamaq üçün fitri istedada sahib olmaq lazım deyil. Təəssüflər olsun ki, Qurbanov bunun öhdəsindən gələ bilmədi.

İlk baxışda yığmanın çıxışı heç də pis alınmayıb. Dünənki matça qədər yığmanın turnirdə məğlubiyyəti olmayıb. Lakin burada kiçik haşiyəyə çıxmaq olar ki, biz indiyə qədər kiçik yığmalarla – Farer adaları və Malta ilə oynamışıq.

Ciddi rəqib olan Kosovo ilə bacara bilmədik. Ev oyunu zamanı heç-heçə (0-0) və səfər oyunu zamanı isə (0-4) məğlubiyyətlə başa vurduq. Bu da bizim bu gün əldə etdiyimiz nəticədir.

Anlayaq ki, Kosovo heç də güclü yığma deyil. UEFA-nın 2017-ci il üzrə reytinqində 53-cü sırada yer alıb. Komandamız isə həmin reytinqdə 40-cı sırada olub. Lakin bununla yanaşı, Kosovo yığmasının futbolçuları Avropanın mötəbər çempionatlarında oynayır. Bunların arasında “Lasio”, “Genka”, “Sürix”, “Brondbyu” və “Dinamo Zaqreb”dən də olan oyunçular var.

Lakin bütün bunların bizim üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, Millətlər Liqasında nəticələrimizin problemi yalnız rəbimizdə deyil, özümdə də var. Yığmamız və Avropa komandalarının arasında uçurumu anlamaq üçün futbol üzrə mütəxxəsis olmaq lazım deyil.

Meydanda oyun nümayiş etdirməyi bacarmamaq qalsın bir kənara, fiziki hazırlıqdan da (65-ci–70-ci dəqiqələrdə yığmanın uşaqları meydanda güclə hərəkət edir) danışmaq mümkün deyil. Onların gözündə qələbə sevincini görünmürdü.

Kosovalılar isə (istər azarkeşlər, istərsə də futbolçular) qələbəyə köklənmşdilər. Onlar hətta rəqib komandanın himni səslənən zaman öz emosiyalarına hakim ola bilmədi. Bütün stadion və yığma bizlərə 4 aşağılayıcı zərbə endirdi.

Yığmamızda isə bir-birini anlamayan 11 futbolçu və fikirləri komanda tərəfindən qəbul edilməyən məşqçi vardı.

Burada hörmətli Qurban Qurbanovun “Qarabağ”dakı uğurlarını heçə endirmək istəmirəm. Lakin etiraf edək ki, müxtəlif zamanlarda Reynaldo, Leroy, Pedro Enrike, Riçar Almeyda, Şehiç və digərləri kimi oyunçular olan zaman məşqçi sadəcə olaraq Avropa səviyyəsində oyun nümayiş etdirməli idi. Qurbanov isə sadəcə bir qədər hündürə tullanaraq Çempionlar Liqasında yüksəldi, buna görə də ona dərin təşəkkürümüzü bildiririk.

Lakin milli yığma işə çalışmaq başqa məsələdir.

Burada sadəcə öz komandanın “meneceri” rolunda çıxış etmək kifayət deyil. Məşqçi olaraq  komandanın bir yumruq kimi toplamaq, onlar arasında əlaqə yaratmaq lazımdır.

Qurbanovun isə buna nail olması üçün nə gücü, nə də təcrübəsi çatmadı. O, həm klubda, həm də yığma ilə birlikdə işləməyi bacarmadı. Nəticədə o, sadəcə olaraq tükəndi. Dünən matçdan sonrakı mətbuat konfransı bunu bir daha təsdiq etdi.

Qurbanov dəfələrlə digər klubların futbolçularını nəzərə almayaraq, “Qarabağ”ın oyunçularına üstünlük verdi. Çünki onlarla oynamaq Qubanova rahat idi

Lakin bu gün o, komandasının çıxışının zəifliyini Azərbaycan çempionatında və digər klublarımızda görür. Burada əlbəttə ki, həqiqət payı da var – axı turnir üçün çəkişmə, rəqiblik də vacib məqamdır.

Dünənki oyun zamanı “Qarabağ”dan olmayan sadəcə Təmkin Xəlilzadə və Mirabdulla Abbasov (“Neftçi”) var idi. Yəni çempionatın liderinin (hazırda bu “Neftçi”dir) tərkibində elə bir oyunçu yoxdur ki, heyətə daxil olsun?

Ola bilsin ki, Qurbanov bunu daha yaxşı bilir. Lakin mənə elə gəlir ki, o, sadəcə olaraq “Qarabağ”ı oyuna cəlb etməyə çalışırdı.

O, bağlı qapını döyərək “Qarabağı” təqlid etməyə çalışıb, anlamayıb ki, əlinin altında olanları istifadə etməklə Prosineçko kimi nəticələr əldə etməli idi.

Təəssüflər olsun ki, Qurbanov xorvatın əldə etdiyi nəticələrə yaxın da gedə bilmədi. Qurbanovun komandasının Almaniya, Çexiya, Norveç və ya Şimali İrlandiya yığmaları ilə qarşılaşmasını düşünmək belə çətindir.

Götürək Nəzərovu. Stabil olaraq qənaətbəşxedici oyun nümayiş etdirən Dima dünənki ümumi gerilikdə əriyib yoxa çıxdı. O, yeganə futbolçudur ki, “Whoscored” rəyinə görə, Kosovo ilə matçın nəticələrinə əsasən  7.0 qiymətləndirməsini alıb.  Qalanlar isə 6.5 balı keçə bilməyib.

“Whoscored”a görə meydanda ən pis qapıçı Səlahət Ağayev 5.0-la, Təmkin Xəlilzadə (5.5) və Riçard Almeyda (5.9) olub.

Braziliyalının bu cür pis nəticə göstərməsi sirr olaraq qalır. Lakin onun Millətlər Liqasında çıxışı bu mövzuda düşünməyə əsas verir. Bununla yanaşı Riçard Almeyda vurduğu qolların sayına görə, komadada ən faydalı olaraq qalır.

Komandamızın parlaq oyun göstəriciləri.

Yığmamıza klubla milli komanda arasında işini birləşdirdən mürəbbiyə deyil, tam (full time) məşqçi lazımdır. Uğurla nəticələnən bu cür nümunələr sadalamaq tarixdə azdır. Və Qurban Qurbanovun bunun bariz nümunəsi olacağı da istisna deyil.

Bunu Millətlər Liqasında məğlubiyyət göstərdi.

Qurban müəllim, yığmanı və ya klubu məşq etdirməyinizi müəyyənləşdirməyin tam zamanı çatıb.

Fikrimcə, AFFA məşqçi qarşısında bu sualı qoymalıdır. Əks halda bizi, Avropa Çempionatı-2020 ərəfəsində bir çox uğursuzluqlar gözləyir.

Rəhman Hacıyev

PS. Başa düşürəm ki, bu qeyd kimlərinsə ürəyincə olmayacaq. Necə deyərlər, bu mənim şəxsi fikrimdir. Milli komandamıza uzun illər azarkeşlik edən biri kimi fikirlərimi bölüşmək istərdim. Burada şəxsi, qərəzli nəsə yoxdur. Sadəcə futbol var.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1290

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər