Həbibin hərəkəti xanım aparıcını təəccübləndirib – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Həbibin hərəkəti xanım aparıcını təəccübləndirib – VİDEO

12:04 - 30 / 11 / 2018
Həbibin hərəkəti xanım aparıcını təəccübləndirib – VİDEO

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov "Matç TV" telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb.

1news.az-ın teleqraf.com-a istinadla verdiyi xəbərə görə, idmançının bu hərəkəti birmənalı qarşılanmayıb.

Kandelaki Instagram hesabında videonu paylaşaraq qeyd edib ki, Ramzan Kadırov onunla görüşdə əlini sıxdığı halda Nurməhəmmədov bunun əksini edib.

İdmançının Kandelakinin paylaşımına cavabı belə olub.

“Tina, mənim sizin əlinizi sıxmamağım, elə sizə olan böyük hörmətimi göstərirdi. Əgər nə isə düz anlaşılmayıbsa, üzürlü sayın”, - o qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər