Şarmazanov: Paşinyan öz ayıbını ört-basdır etmək üçün... | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov: Paşinyan öz ayıbını ört-basdır etmək üçün...

16:07 - 03 / 12 / 2018
Şarmazanov: Paşinyan öz ayıbını ört-basdır etmək üçün...

Nikol Paşinyan və onun rəhbərlik etdiyi rejim serialın növbəti bölümünü göstərməkdədir.

1news.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının təmsilçisi, buraxılmış parlamentin vitse-spikeri  Eduard Şarmazanov deyib.

O bildirib: “Dünən nəhayət aydın oldu ki, Paşinyanın yararsız siyasəti nəticəsində Ermənistan bu il faktiki olaraq KTMT baş katibi vəzifəsini itirib. Bu, bizim ölkəmizin təhlükəsizliyinə və nüfuzuna böyük zərbədir”.

Şarmazanov deyib ki, bu postun itirilməsi sadəcə utancvericidir: “Bu ayıbın ört-basdır edilməsi üçün Paşinyan və onun rejimi "asfalt yaymaq", “həbslər və təxribatlar” serialın növbəti bölümünü göstərməklə məşğuldurlar”.

P.Sultanova

Paylaş:
558

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər