Ermənistanda yol tikintisində böyük mənimsəmə | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda yol tikintisində böyük mənimsəmə

16:50 - 03 / 12 / 2018
Ermənistanda yol tikintisində böyük mənimsəmə

Ermənistanın Baş Prokurorluğu Şimal-Cənub yolunun tikintisində aşkar edilmiş pozuntular  və mənimsəmələr barədə məlumat yayıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, məlumata görə, yolun tikintisinin təxminən 9 il davam edib və onun başa çatma müddətində müxtəlif maxinasiyalara yol verilib, nəticədə dövlətə 23,553,817.000 min dram həcmində ziyan dəyib.

Müvafiq faktlar üzrə cari ilin sentyabr ayının 4-də Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı məlumatlar əldə edilib ki, Tranche 1 fransız şirkətinin rəhbəri İspaniyanın podratçı şirkəti və Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyinin “Nəqliyyat proqramlarının həyata keçirilməsi təşkilatı” ilə birgə razılığa gələrək 2016-cı ilin yanvar-iyun aylarında xərclər üzrə ikiqat sənədləşmə aparıblar, nəticədə 1,9 milyon dolları “siliblər”.

Fransalı mütəxəssisə münasibətdə qeydiyytda olduğu yeri tərk etməməklə bağlı təbir seçilib. O, şübhəli şəxs statusu altındadır.

P.Sultanova

Paylaş:
511

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər