Putindən Paşinyana təklif: KTMT sammiti təxirə salınır
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək KTMT sammitini təxirə salmağı təklif edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə açıqlamasında məlumat verib.
O deyib: "Son telefon danışığı zamanı Rusiya prezidenti belə bir vəziyyət yarandığından dekabrın 6-da KTMT sammitini keçirməməyi təklif etdi. Bildirdi ki, işçi qaydasında məsələni müzakirə edib, hazır qərarla sammitə gedək. Mən bu bununla razılaşdım, çünki məsələnin işçi prosedurlar əsasında həll edilməsini daha düzgün hesab edirəm.
Əgər indi razılıq əldə etməmişiksə, Astananı təkrarlamaq məntiqli deyil və bu, konstruktiv deyil. Razılaşma belə oldu: biz konsensusa gələnə kimi işçi müzakirələri davam etdirəcəyik".
P.Sultanova