Fransada etiraz aksiyası: 300 nəfər saxlanılıb, 110 nəfər yaralanıb – FOTO – VİDEO
Parisdə “Sarı jilet”lərin etiraz aksiyası nəticəsində 300 nümayişçi saxlanılıb və 17-si polis əməkdaşı olmaqla, 110 nəfər yaralanıb.
Yaralanan nümayişçilərdən biri ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Aksiya zamanı avtomobillər yandırılıb, ticarət obyektlərinin vitrinləri sındırılıb, yollar dağıdılıb.
Yelisey çölləri küçəsinə 1 milyon avrodan çox ziyan dəydiyi bildirilir. Etiraz aksiyalarına görə Paris mehmanxanaları 10 milyon itirib. Supermarket təchizatçılarına 350 milyon avro ziyan vurulub.
Dövlət “Sarı jilet” hərəkatına görə ziyan dəyən müəssisələrə 2,5 milyon avro təzminat ödəməyə razılaşıb.
Aksiyanın davam edəcəyi bildirilir.
Mənbə: AZƏRTAC
S.Xankişiyeva
468