Məmmədyarov-Mnatsakanyan görüşünün tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov-Mnatsakanyan görüşünün tarixi açıqlanıb

11:02 - 03 / 12 / 2018
Məmmədyarov-Mnatsakanyan görüşünün tarixi açıqlanıb

ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifəsini icra edən  Zöhrab Mnatsakanyanla Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Milanda görüşəcək.

Bu barədə 1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, görüş 5 dekabr tarixində Milanda görüş baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

P.Sultanova

 

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər