Ermənistanın baş prokuroru deputatın həbsi üçün vəsatət verib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın baş prokuroru deputatın həbsi üçün vəsatət verib

11:48 - 03 / 12 / 2018
Ermənistanın baş prokuroru deputatın həbsi üçün vəsatət verib

Ermənistanın baş prokuroru Artur Davtyan millət vəkili Aram Harutyunyana qarşı cinayət işinin açılması və onun həbsinə dair vəsatətlə parlamentə müraciət edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Harutyunyan 2008-ci ildə təbiətin müdafiəsi naziri, eyni zamanda mineral ehtiyatların kəşfiyyatı və istifadəsi üzrə lisenziyalaşdırma üzrə komissiyanın sədri olarkən 14 milyon dollar məbləğində rüşvət alıb.

O, bu məbləği Syunik, Qeqarkunik, Lori və Kotayk bölgələrindəki rəngli metalların tədqiqi və fəaliyyət göstərmək üçün lisenziya təqdim edilməsi zamanı alıb. Harutyunyan xarici ölkələrin banklarında hesablar açdırıb, daşınmaz əmlak alıb.

Bu cinayət işində iki nəfər mühakimə olunub, daha iki nəfər barəsində isə axtarış elan edilib.

P.Sultanova

Paylaş:
512

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər