Adnan Oktar istintaqı: “Adnanın əmri ilə 16 yaşlı bacımı 50 nəfər zorladı”
Adnan Oktar və qruplaşmasının istintaqında yeni faktlar üzə çıxıb.
1news.az Ölkə.az-a istinadən xəbər verir ki, istintaq çərçivəsində bir ailənin 3 qızı tələyə salınıb Oktar tərəfindən zorlandıqlarını bildiriblər. Bacılardan biri ifadəsində "Oktar hər görüşdə məni zorlayırdı" cümləsini işlədib.
Üç bacıdan biri 15 yaşından 17 yaşına qədər iki il Adnan və adamları tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib:
"Böyük bacım 2011 və 2012-ci illərdə Beşiktaş səmtində hazırlıq kursuna gedəndə Ender Daban adlı bir şəxslə tanış olub. Ender bacımı bir modellik agentliyinə üzv edib və məşhur edəcəyini bildirib. Sonradan bacım Bora Yıldızla tanış oldu və sevgili oldular.
Bacımın ad gününü restoranda qeyd edəndə Daban və digərləri ilə tanış olduq. Mən də o gün tanış olduğum Kartal Göktan ilə sevgili oldum. Bir müddət sonra Kartal məndən çılpaq fotolarımı istədi. Mən də göndərdim".
İfadəyə əsasən, Kartal dostları ilə birlikdə dəfələrlə qızı zorlayır. Sonra isə Adnanla tanış edir. Adnan da hər görüşdə qızı zorlayır.
Sonra qızın 16 yaşlı bacısına Adnanın əmri ilə 50 nəfər cinsi zorakılıq edib və bunu videoya çəkiblər. Şantajla qızı Adnanın cariyəsinə çeviriblər. Ailəsi ilə əlaqələrini kəsmək üçün saxta toy da ediblər.
1news.az