Paşinyanın müttəfiqi Şarmazanovu təhdid edir
Ermənistan parlamentinin respublikaçı vitse-spikeri Eduard Şarmazanov düzgünlükdən kənara çıxmamalıdır.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Çıxış” blokundan olan deputat, "Mənim adımım" blokunun deputatlığa namizədi Alen Simonyan deyib.
O, Şarmazanovu xüsusilə baş nazir vəzifəsini icra edən Nikol Paşinyana hörmətlə yanaşmağa çağırıb:
"Eduard Şarmazanova məsləhət görərdim ki, düzgün olsun, əgər bu cür davam etsə, və düzgünlükdən kənara çıxsa, şəxsən mənim tərəfimdən müvafiq cavab alacaq. Mən onu, xüsusilə baş nazirə qarşı danışıq tərzini dəyişdirməyə çağırıram”.
P.Sultanova
571