Ombudsman prezidentin çıxışı zamanı huşunu itirdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ombudsman prezidentin çıxışı zamanı huşunu itirdi – VİDEO

10:51 - 04 / 12 / 2018
Ombudsman prezidentin çıxışı zamanı huşunu itirdi – VİDEO

Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova ölkə başçısı Petr Poroşenkonun çıxışı zamanı huşunu itirərək yıxılıb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisənin videogörüntüləri ICTV telekanalında yayımlanıb.

Ukrayna prezidenti bu zaman dünyanın Kerç boğazında baş verən hadisəyə reaksiyasından danışırmış. Lakin o, Denisovaya kömək etmək üçün çıxışını dayandırmağa məcbur olaraq studiyanı tərk edib.

Tribunaya qayıdan dövlət başçısı deyib ki, ombudsman Ukrayna dənizçilərini azad etmək üçün həftədə 20 saat işləyir. Denisovaya mütəxəssislər tibbi yardım göstərib.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər