Ermənistan parlamenti baş prokurorun deputatın həbsinə dair vəsatətini müzakirə edə bilmədi
Erməni parlamentinin bu gün keçirilməli olan iclası yetərsay olmaması səbəbindən təxirə salınıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, iclasda iştirak etmək üçün 105 deputatdan cəmi 12 nəfəri qeydiyyatdan keçib.
Bu gün parlamentdə Ermənistanın baş prokuroru Artur Davtyanın respublikaçı Aram Harutyunyana qarşı cinayət işinin başlanması və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti müzakirə olunmalı idi.
Qeyd edək ki, Harutyunyan 2008-ci ildə təbiətin müdafiəsi naziri, eyni zamanda mineral ehtiyatların kəşfiyyatı və istifadəsi üzrə lisenziyalaşdırma üzrə komissiyanın sədri olarkən 14 milyon dollar məbləğində rüşvət alıb.
O, bu məbləği Syunik, Qeqarkunik, Lori və Kotayk bölgələrindəki rəngli metalların tədqiqi və fəaliyyət göstərmək üçün lisenziya təqdim edilməsi zamanı alıb. Harutyunyan xarici ölkələrin banklarında hesablar açdırıb, daşınmaz əmlak alıb.
P.Sultanova