Erməni şahid qəza barədə: Qəribə səslər, güclü partlayış | 1news.az | Xəbərlər
Ermənistan

Erməni şahid qəza barədə: Qəribə səslər, güclü partlayış

09:44 - 05 / 12 / 2018
Erməni şahid qəza barədə: Qəribə səslər, güclü partlayış

Qəribə səslər və güclü partlayışın şahidi oldum.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu SU-25 hərbi təyyarəsinin qəzaya uğramasına şahidlik etmiş İsaakyan kənd sakini Ambartsum Simonyan deyib.

Onun sözlərinə görə, səhər saat 10 radələrində təyyarə səsi eşidib, bir qədər sonra isə qəribə bir səs gəlib:

“Mən güclü bir partlayış eşitdim, sanki iki vaqon toqquşdu, çox güclü partlayış idi. Düşündüm ki, təyyarə yerə düşdü. Axtarış işi başlandığında, qəzanın təxmini yerini bilirdim, harada, saat neçədə olduğunu dedim. Tüstü görmədim, çünki duman var idi”.

Qeyd edək ki, dünən saat 10:20-də Ermənistanın Şirak rayonunda təlim uçuşu keçirən Ermənistan silahlı qüvvələrinə məxsus  SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində pilot, polkovnik leytenant Armen Babayan və mayor Movses Manukyan ölüb.

P.Sultanova

 

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər