Ancelina Coliyə bənzəmək istəyən iranlı qız yenidən gündəmdə – FOTO | 1news.az | Xəbərlər
Dünya

Ancelina Coliyə bənzəmək istəyən iranlı qız yenidən gündəmdə – FOTO

10:19 - 05 / 12 / 2018
Ancelina Coliyə bənzəmək istəyən iranlı qız yenidən gündəmdə – FOTO

Hollivudun məşhur ulduzu Ancelina Coliyə bənzəmək istəyən iranlı Səhər Təbər yenidən gündəmə gəlib.

Ancelinaya bənzəmək üçün bir sıra plastik əməliyyat keçirən Səhər 51-ci dəfə bıçaq  altına yatıb.

İranlı qız yenə də burun əməliyyatı keçirdiyini sosial şəbəkədə bildirib. O, vəziyyətinin yaxşı olduğunu yazıb. Burnunda bandaj olan fotonu paylaşan Təbər kompüter vasitəsilə saçını da neon sarı rəngə boyatdırıb.

Təbər ilk fotosunu keçən il paylaşdığını deyib:

“Nə vaxt foto paylaşsam sifətimi gülməli edirəm. Bu mənim sənətimdir və özümü belə tanıdıram”.

400 min izləyicisi olan gənc qadın "Pərəstişkarlarım üzümün belə olmadığını bilirlər" deyib.

S.Xankişiyeva

 

Paylaş:
2838

Son xəbərlər

Bütün xəbərlər