Mübariz Əhmədoğlu: KTMT iclasını təxirə salması Putinin Paşinyana dəstəyi kimi başa düşülə bilər

Ermənistanın cari siyasi proseslərində Rusiyanın məqsədini müəyyənləşdirən vacib proseslər baş verdi:
1. Nikol Paşinyanın xahişi ilə Putinin KTMT iclasını təxirə salıdı. Bəllidir ki, KTMT-nin növbəti iclasında Ermənistanın təmsilçisi KTMT-nin baş katibi seçilməyəcəkdi və bu isə seçki dövründə olan Paşinyan üçün ciddi zərbə ola bilərdi. Putin Paşinyanın seçilməsində maraqlıdır.
2. “Lazarev klubu” nun ilk iclasına əvvəlcədən elan olunan siyahıda adı çəkilən nüfuzlu şəxslərin böyük əksəriyyəti Yerevana gəlmədilər. Onların da fikrincə, “Lazarev klubu” Köçəryanın siyasi həyata müdaxilə üçün yaratdığı platformadır. Sadəcə Zatulin bir vasitədir. Onlar isə artıq Köçəryanı Rusiyanın adamı hesab etmirlər.
III. N.Paşinyan R.Köçəryanı həbs etdirməklə onun arxasında Putinin dayanmadığını nümayiş etdirir.
Rusiya yaxın 5 ildə N.Paşinyanın rəhbərliyində maraqlı görünür. N.Paşinyanın əli ilə Ermənistanın daxilindəki anti-Rusiya qüvvələr tamamilə sıradan çıxarılacaq. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı üzrə tənzimlənməsi başlanacaq. Mərhələli həll variantının birinci etapında Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılır, məcburi köçkünlər həmin rayonlara qaytarılır. Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr, kommunikasiyalar bərpa olunur. Mehri dəmir yolu açılır. Mehri dəmir yolunun açılması Azərbaycandan daha çox Rusiyanın marağındadır. Çünki Mehri dəmir yolu ilə Ermənistan təkcə Azərbaycanla deyil, həm də Rusiya ilə əlaqə saxlayacaq və beləliklə Ermənistanın Rusiyanın orbitində qalması daha da ciddiləşəcək və Qərbin də ümidi azalacaqdır.
N.Paşinyan isə bütün bunları çox rahatca öz xalqına izah edə biləcək ki, hələ Qarabağ məsələsi həll olunmayıb. Sadəcə ATƏT-in sənədlərində də göstərilib ki, 7 rayon Azərbaycana qayıtmalıdır. Əvvəlki prezidentlər 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı öhdəlik götürüblər.
1news.az