Qukasyan: Paşinyan vədlərini yerinə yetirmir | 1news.az | Xəbərlər
Ermənistan

Qukasyan: Paşinyan vədlərini yerinə yetirmir

15:35 - 06 / 12 / 2018
Qukasyan: Paşinyan vədlərini yerinə yetirmir

Ermənistanda müstəqil məhkəmə sistemi yoxdur.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  bunu “Yeni Ermənistan” cəbhəsinin üzvü Andrias Qukasyan da bəyan edib.

Onun sözlərinə görə, ölkədə müstəqil məhkəmə sistemindən söhbət gedə bilməz.

Qukasyan hesab edir ki, Nikol Paşinyan dəfələrlə verdiyi sözlərdən imtina edib: “Əvvəlcə oliqarxiya ilə mübarizənin lazım olduğunu dedi, sonra isə bəlli oldu ki, Ermənistanda ümumiyyətlə oliqarxiya yox imiş. Məlum olan budur ki, hakimiyyət orqanları öz vədlərini yerinə yetirmirlər”.

P.Sultanova

 

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər