Paşinyan Sankt-Peterburqa gedib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Sankt-Peterburqa gedib

09:28 - 06 / 12 / 2018
Paşinyan Sankt-Peterburqa gedib

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin sədrliyi altında keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa gedib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, iclasda internet bazarlarının tənzimlənməsi, şəbəkə texnologiyalarının inkişafı, neft, qaz və neft məhsulları üçün ümumi bazarların formalaşdırılması üzrə koordinasiyalı siyasətin aparılması müzakirə olunacaq.

Üzv dövlətlərinin rəhbərlərinə Avrasiya Komissiyası tərəfindən hazırlanan 2025-ci ilə qədər ümumi neft və qaz bazarlarının formalaşdırılması üçün proqram təqdim ediləcək.

P.Sultanova

 

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər