İranda terror aktı: ölənlər və yaralananlar var – FOTO | 1news.az | Xəbərlər
Dünya

İranda terror aktı: ölənlər və yaralananlar var – FOTO

12:34 - 06 / 12 / 2018
İranda terror aktı: ölənlər və yaralananlar var – FOTO

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində terror aktı törədilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə İran mətbuatı məlumat yayıb.     

Hadisə şəhərin Polis İdarəsinin yaxınlığında baş verib.

Terrorçu-kamikadze partlayıçı quraşdırılan avtomobili Polis İdarəsinin yaxınlığında partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Şahidlər partlayış ərazisindən atışma səslərinin eşidildiyini bildiriblər.

S.Xankişiyeva

 

 

Paylaş:
696

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər