Paşinyanın mətbuat katibi Lukaşenkonu təkzib etdi
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Eqoyan prezident Aleksandr Lukaşenkonun KTMT baş katibinin Belarusun nümayəndəsi olacağına dair bəyanatını təkzib edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, baş katib məsələsinin hələ həll edilmədiyini deyib.
Lukaşenko dünən baş katib məsələsi ilə bağlı bildirib: "Prinsipcə baş katib məsələsi ilə bağlı problemi həll etmişik. KTMT baş katibi vəzifəsinə Belarus nümayəndəsi təyin olunacaq. Nursultan Abişeviç də (Qazaxıstan prezidenti Nursultan Nazarbayev) bunu vaxtilə deyirdi. Ancaq biz bu təyinatın necə baş verəcəyi lə bağlı sxem və sistem üzrə razılığa gəldik - KTMT-də hər bir liderlə fərdi söhbət və onlar bu qərarı imzalayırlar”.
P.Sultanova