Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı | 1news.az | Xəbərlər
Dünya

Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı

10:45 - 07 / 12 / 2018
Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı

Moskvadan İrkutska uçan "Aeroflot"a məxsus təyyarədə bomba olması barədə naməlum şəxs tərəfindən anonim zəng daxil olub.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları xəbər yayıb.

Məlumata görə, anonim zəng, təyyarə artıq İrkutska yaxınlaşan zaman daxil olub. Təyyarə elə həmin şəhərdə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə edilib. Avialaynerdə 119 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilir.

Təyyarədə partlayıcı qurğu tapılmayıb.

Hazırda anonim zəng edən şəxsin kimliyi müəyyənləşdirilir.

1news.az

Paylaş:
678

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər