Ermənistanın yeni parlamentində üç siyasi qüvvə təmsil olunacaq

Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, üç siyasi qüvvə yeni parlamentə daxil olacaq.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Nikol Paşinyanın "Mənim adımım" bloku 70.42%, "Çiçəklənən Ermənistan" partiyası - 8.32%, "İşıqlı Ermənistan" partiyası isə 6.39% səs toplayıb.
Respublika Partiyası və Daşnaksütyun Partiyası isə lazım olan 5% maneəni aşa bilməyib.
Digər siyasi blk və partiyaların səs faizləri belədir:
Daşnaksütyun - 3.89% (48811),
"Biz" bloku - 2% (25174),
Sasna Tsrer - 1,82% (22862),
"Orinats Yerkir" - 0,99% (12389),
"Vətəndaşın qərarı" - 0,68% (8530),
"Xristian-milli dirçəliş" - 0,51% (6456),
"Milli Tərəqqi" - 0.33% (4122).
P.Sultanova
523