Ermənistanın İstintaq Komitəsi seçkilərdəki pozuntuların sayını açıqlayıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın İstintaq Komitəsi seçkilərdəki pozuntuların sayını açıqlayıb

10:02 - 10 / 12 / 2018
Ermənistanın İstintaq Komitəsi seçkilərdəki pozuntuların sayını açıqlayıb

Ermənistanın İstintaq Komitəsi dekabrın 9-da ölkə parlamentinə keçirilmiş erkən seçkilər zamanı 50-dən artıq qanun pozuntusu barədə məlumat alıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə komitənin rəsmi nümayəndəsi Naira Harutyunyan bildirib.

Onun sözlərinə görə, gecə 12:00-dək İstintaq Komitəsi cinayət əlamətləri olan 51 pozuntu barədə məlumat alıb. Məlumata əsasən, şikayətlərin əksəriyyəti yenidən səs verməyə cəhd, 3 şikayət gizli səsvermə, biri isə seçici iradəsinin azad ifadə olunmasına maneə törədilməsinə aiddir.

Ermənistan polisi daha əvvəl bildirmişdi ki, seçki günü pozuntuların ümumi sayı 144 olub.

Bazar günü Ermənistanda “Məxməri inqilabdan” sonra ilk parlament seçkiləri keçirilib.

Mərkəzi Seçki Komissiyasının nəticələrinə əsasən baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku liderlik edir70,43%). İkinci yerdə oliqarx Qaqik Tsarukyan  8.27% səslə "Çiçəklənən Ermənistan" partiyası, üçüncü yerdə isə 6,37 faiz səslə "İşıqlı Ermənistan" partiyasıdır.

Parlamentdə təmsilçilik qazanmaq üçün partiyalar 5, bloklar isə  7% -lik baryeri keçməlidirlər.

Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası isə lazım olan səs faizini toplamadığı üçün yeni parlamentdə təmsil olunmayacaq.

P.Sultanova

Paylaş:
671

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər