Gümrü sakininin qətlində şübhəli bilinən rus əsgəri saxlanılıb | 1news.az | Xəbərlər
Ermənistan

Gümrü sakininin qətlində şübhəli bilinən rus əsgəri saxlanılıb

16:01 - 11 / 12 / 2018
Gümrü sakininin qətlində şübhəli bilinən rus əsgəri saxlanılıb

Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının əsgəri yerli sakinin öldürülməsi şübhəsi ilə saxlanılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, hadisə dekabrın 3-də Gümrü şəhərinin Slobodka rayonunda baş verib. Qapıçı işləyən 57 yaşlı qadın döyülərək ağır xəsarətlər alıb,  xəstəxanaya aparılarkən isə yolda ölüb.

Faktla bağlı cinayət işi açılıb.

P.Sultanova

 

Paylaş:
715

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər